Ankara PYD liderinin ekstradisiyasını tələb edir

Ankara PYD liderinin ekstradisiyasını tələb edir

Baxış sayı: 3. 308 dəfə baxılıb.

Türkiyə hökuməti Praqada saxlanılmış “Demokratik ittifaq” (PYD) kürd partiyasının lideri Salih Müslüm Məhəmmədin Ankaraya ekstradisiyası ilə bağlı danışıqlara başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.

“Qeyd olunan şəxs (Müslüm Məhəmməd) Çexiyada olan zaman, onun həbs olunması və ölkəmizə ekstradisiya olunması üçün lazımı tədbirlər görülüb”, – deyə, Türkiyə nazirliyin bəyanatında qeyd olunur.

Türkiyə hökuməti “Demokratik ittifaqın” (PYD), YPQ terrorçu qruplaşması ilə əlaqəli olduğunu hesab edir. Hazırda  türk silahlı qüvvələri Suriyanın Afrin bölgəsində YPQ terrorçularına qarşı əməliyyat aparır.

Xatırladaq ki, bundan əvvəl qeyd olunan kürd partiyasının lideri Çexiya yerli hüquq mühafizə orqanları əməkdaşları tərəfindən Ankaranın sorğusu əsasında saxlanılıb.

www.ÇıxışYolu.Com