Şimali Koreya Vaşinqtonla danışıqlara hazırdır

Şimali Koreya Vaşinqtonla danışıqlara hazırdır

Baxış sayı: 2. 780 dəfə baxılıb.

Rəsmi Seul Şimali Koreya hökumətinin ABŞ-la danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Cənubi Koreya prezident administrasiyasının kargüzarlıq idarəsinin bəyanatında deyilir.

Bəyanatda Şimali Koreyanın ABŞ rəsmiləri ilə hansı mövzuda danışıqlar aparacağı qeyd olunmur. Dialoqda KXDR qalmaqallı nüvə proqramının müzakirə edilib-edilməyəcəyi məlum deyil.

Cənubi Koreyanın prezident administrasiyası bildirib ki, tərəflər Şimali Koreya ilə ABŞ arasındakı gələcək danışıqların iki Koreya arasındakı dialoqla qarşılıqlı əlaqəli olacağına razılaşıb.

Associated Press-in məlumatına görə, Pyançanqda keçirilən Qış Olimpiya oyunlarının bağlanış mərasimində  KXDR nümayəndə heyətinin başçısı – keçmiş kəşfiyyat xidməti rəhbəri Kim Yen Çxol, Cənubi Koreya lideri və ABŞ prezidenti Donald Trampın qızı İvanka ilə eyni lojada əyləşib.

Xatırladaq ki, bir müddət əvvəl Şimali Koreya nümayəndə heyəti Olimpiya oyunları zamanı ABŞ vitse-prezidenti Mayk Penslə görüşməli olsa da, sonradan KXDR tərəfi görüşü təxirə salmışdı. Öz növbəsində Pens ABŞ-ın rəsmi Pxenyanla dialoqa hazır olduğunu bəyan edib.

www.ÇıxışYolu.Com