AZAL-a məxsus Bakı-Naxçıvan reysinin təyyarəsi havaya qalxan zaman quş ilə toqquşub.
Bu barədə ÇıxışYolu.Com-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
O, bildirib ki, təyyarənin kapitanı hava gəmisini Heydər Əliyev Beynəlxalq Aeroportuna qaytarmağa qərara alıb. Təyyarə yerə uğurla enib:
“Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”.