Rafael Ağayev 2018-ci ildə dördüncü medalını qazandı – VİDEO

Rafael Ağayev 2018-ci ildə dördüncü medalını qazandı – VİDEO

Baxış sayı: 2. 431 dəfə baxılıb.

Mərakeşin paytaxtı Rabat şəhərində karate üzrə Premyer Liqası seriyasının növbəti turniri başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Azərbaycan təmsilçisi Rafael Ağayev (75 kq) finalda özbək Dastanbəy Otabolayevi 3:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.

Digər Azərbaycanı təmsil edən idmançı İrina Zaretska (68 kq) finalda uduzub. Tural Ağalarzadə (67 kq) və Şahin Atamov (+84 kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, bu il beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev Premyer Liqa seriyalarından dördündə də medal qazanıb. O əvvəlki yarışlarda bir qızıl, bir gümüş və bir bürünc medal əldə etmişdi.

www.ÇıxışYolu.Com