Bahalaşan neft rublu “diriltdi”

Bahalaşan neft rublu “diriltdi”

Baxış sayı: 1. 857 dəfə baxılıb.

 Qərb dövlətlərinin Suriyaya hərbi müdaxiləsi ilə bağlı gözləntilər fonunda dünya bazarlarında “Brent” markalı neftin bareli 73 dollara qalxıb. Bu ABŞ sanksiyalarına görə, kəskin ucuzlaşan rublun yenidən canlanmasına yol açıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Moskva birjasının məlumatına görə, artıq axşam saatlarında rublun məzənnəsi sabitləşməyə başlayıb.  Bir avro  77,25 rubl, bir dollar isə 62,47 rubl olub.

Rusiya mərkəzi bankının təyin etdiyi rəsmi valyuta məzənnəsi isə artmaqda davam edir.

Aprelin 12-ə dollar 64,06 rubla, avro 79,28 rubla dəyişdiriləcək.

.
www.ÇıxışYolu.Com