Bakıda 27 yaşlı qız özünü yandırıb.
ÇıxışYolu.Com-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əzizə Kərim qızı İsrafilova üzərinə benzin tökərək həyatına son qoymaq istəyib.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.