Bakıda dörd piyadanı vurana hökm oxunub

Bakıda dörd piyadanı vurana hökm oxunub

Baxış sayı: 2. 630 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini İlkin Feyzullayevin Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il aprelin 25-i səhər saat 8:00 radələrində paytaxtın Qara Qarayev prospektində İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub. 

Nəticədə xəsarət alan piyadalar 3 saylı kliniki xəstəxanaya çatdırılıblar, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, T.Cəbrayılova orada keçinib. Sürücü Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

C.H.
www.ÇıxışYolu.Com