Bakıda piyadaları maşın vurub: Ölən var

Bakıda piyadaları maşın vurub: Ölən var

Baxış sayı: 2. 849 dəfə baxılıb.

Bakıda iki piyadanı maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurub. 

Nəticədə G.Rəfiyeva hadisə yerində ölüb, Z.Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır. 

www.ÇıxışYolu.Com