Binəli Yıldırım: Türkiyə növbəti təhdidlə üz-üzədir

Binəli Yıldırım: Türkiyə növbəti təhdidlə üz-üzədir

Baxış sayı: 3. 066 dəfə baxılıb.

Əfqanıstandan Türkiyə köç etmək istəyən qaçqınların sayı 1 milyon 500 min nəfərdən artıqdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Əfqanıstanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

O, bunun Türkiyə üçün bir təhlükə və təhdid olduğunu da sözlərinə əlavə edib:

“Bir milyon yarımdan artıq əfqan qaçqın İrandan keçməklə, Türkiyəyə gəlmək istəyir. Onların böyük bir qismi artıq “yoldadır”. Qanuni yollarla gəlmək istəyənlərə başımız-gözümüz üstündə yerimiz var. Amma qeyri-qanuni şəkildə Türkiyə sərhədlərini keçmək istəyənləri isə qəbul edə bilmərik. Çünki onların arasına terrorçular, canilər də qatıla-qarışa bilər. Bu isə Türkiyənin təhlükəsizliyi üçün növbəti bir təhdiddir. Ona görə də Əfqanıstan rəhbərliyindən bu məsələni ciddi nəzarətdə saxlamalarını xahiş etdim”.

O, həmçinin deyib ki, bugünlərdə 227 əfqan qaçqın Türkiyə sərhədlərini qeyri-qanuni yollarla keçdikləri üçün Ərzurum hava limanından geriyə-Əfqanıstana göndəriliblər.

Eyni zamanda, daha 500 əfqanın Əfqanıstana geri qaytarılması gözlənilir.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com