Britaniyanın xarici işlər naziri “Rusiyanın təcavüzünü” açıq şəkildə izah edən videoçarx hazırlayıb.
ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, “Twitter”də dərc olunan həmin videomaterialda “Moskvanın mövcud dünya düzənini məhv etməyə çalışdığı” bildirilir.
Təqdimat “Salsburidə keçmiş rus casusu Skripala qarşı sinir-paralitik maddələrdən istifadə, Rusiya dövlətinin yaxşı planlaşdırdığı təcavüz sxemi əsasında həyata keçirilib” sözləri ilə başlayır.
Ardınca britaniyalılar 2006-cı ildə keçmiş FTX əməkdaşı Aleksandr Litvinenkonun Londonda zəhərləndiyini xatırladır. Bundan sonra XİN-nin baxışına görə, əlamətdar olan təqvimlər təqdim olunur.
“2008-ci ilin avqust ayında Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik”, “2014-ci ildə Krımın ilhaq edilməsi”, “2015-ci ildə Almaniya parlamentinə kiberhücum” və digər təqvimlər xronoloji ardıcıllıqla göstərilir.