İrina Kindzerska Azərbaycana bürünc medal qazandırıb

İrina Kindzerska Azərbaycana bürünc medal qazandırıb

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından ÇıxışYolu.Com-a verilən məlumata görə, qadınların yarışında +78 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb.

Cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi Larisa Ceriçə qalib gəlib.

Xatırladaq ki, Kindzerska 2 həftə əvvəl Parisdə keçirilən nüfuzlu yarışı da bürünc medalla başa vurub. Beləliklə, Azərbaycan cüdoçuları Almaniya turnirində 2 medala sahib olub. Kişi cüdoçularımız arasında ən yaxşı nəticəni gümüş medal qazanan Rüstəm Orucov göstərib.

Qeyd edək ki, Düsseldorf “Böyük Dəbilqə” turnirundə dünyanın 65 ölkəsindən 441 cüdoçu mübarizə aparıb.

www.ÇıxışYolu.Com

Ətraflı
“Qarabağ” qalib gəldi – VİDEO

“Qarabağ” qalib gəldi – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

ÇıxışYolu.Com xəbər verir ki, turun son oyununda “Qarabağ” və “Kəpəz” komandaları üz-üzə gəlib.

“Azərsun Arena”da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Yeganə qolu 85-ci dəqiqədə millimizin braziliyalı legioneri Rişard Almeyda vurub.

Bununla da “Kəpəz” Yunis Hüseynovun baş məşqçi olduğu dövrdə növbəti məğlubiyyətlə üzləşib və 7 xalla sonuncu pillədə qalıb.

Xallarını 44-ə çatdıran “Qarabağ” isə ən yaxın izləyicisi “Qəbələ” ilə xal fərqini 9-a çatdırıb və çempionluq şanslarını daha da yüksəldib.

S.T.
www.ÇıxışYolu.Com

Ətraflı
Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu

Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu

Norveç yığması Cənubi Koreyanın Phençhan şəhərində keçirilən Qış Olimpiya Oyunlarının qalibi olub.

ÇıxışYolu.Com-ın məlumatına görə, norveçli idmançılar Olimpiadada 39 medal qazanıblar (14 qızıl, 14 gümüş və 11 bürünc).

Norveç təmsilçiləri bu medallardan yeddisini dağ-xizək idman növlərində (1-4-2), altısını biatlonda (1-3-2), 14-nü xizək yarışlarında (7-4-3), beşini xizəkdə tramplindən tullanmada (2-1-2), dördünü konkisürmədə (2-1-1), bir bürünc medal kerlinqdə, bir qızıl fristaylda, bir gümüş medal isə ikinövlü xizəksürmədə qazanıblar.

Onlar ABŞ millisinin 2010-cu ildə Vankuverdə göstərdiyi (37 medal) nəticəni üstələyərək tarixi rekorda imza atıblar.

www.ÇıxışYolu.Com

Ətraflı
Dağıstanda güc strukturları əməkdaşlarının həbsləri başladı

Dağıstanda güc strukturları əməkdaşlarının həbsləri başladı

Dağıstan polisi və respublikanın Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya DİN-nin Dağıstan üzrə cinayət axtarışı şöbəsinin rəisi, polkovnik Xaybula İbnuxacarovu saxlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TASS və RBK agentlikləri məlumat yayıb.

“İbnuxacarovu maliyyə hesabatlığının saxtalaşdırılmasında ittiham edirlər, cinayət işinin qaldırılması haqqında məsələyə baxılır”, – deyə, RBK-nın mənbələri bildiriblər.

Məlumata görə, İbnuxacarovla yanaşı daha bir əməkdaş sənədləri saxtalaşdırmaqda şübhəli bilinir. Yoxlamalar respublikanın bütün güc strukturlarında aparılacaq, RBK yazır.

Dağıstan DİN-nin saytında bildirilir ki, idarədə iki əməkdaş tərəfindən maliyyə pozuntuları aşkarlanıb və onların işdən çıxarılması haqqında məsələyə baxılır.

Qeyd edək ki, fevralda Dağıstanda genişmiqyaslı antikorrupsiya yoxlamaları başlayıb. Yoxlama çərçivəsində respublika hökumətinin başçısı Abdusəməd Həmidov, onun müavinləri və daha bir neçə məmur saxlanılıb. Onları dələduzluqda ittiham edirlər.

www.ÇıxışYolu.Com

Ətraflı
Tovuzda ər və arvadı öldürüb evlərini yandırdılar – YENİLƏNİB

Tovuzda ər və arvadı öldürüb evlərini yandırdılar – YENİLƏNİB

Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.

ÇıxışYolu.Com xəbər verir ki, ÇıxışYolu.Com-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. 

Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. 

Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

Qeyd edək ki, yanğın hadisəsi ötən gecə Tovuz şəhərində ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib. Hadisə yerinə rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

12:28

Tovuz rayonunda baş vermiş dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub.

ÇıxışYolu.Com rayon hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, evdə baş vermiş yanğından sonra 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın meyitləri evin ayrı-ayrı otaqlarından tapılıb.

İlkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır.

Qeyd edək ki, bu, Mirzəyevlərlə bağl son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir.

Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu.

Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda “Toyota Land Cruiser”in aşması nəticəsində həlak olmuşdu. 

10:46

Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb. 

ÇıxışYolu.Com-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.

Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  

www.ÇıxışYolu.Com

Ətraflı
Rusiyalı idmançılar Olimpiya medallarından məhrum ediliblər

Rusiyalı idmançılar Olimpiya medallarından məhrum ediliblər

İdman Arbitraj Məhkəməsi (CAS) Cənubi Koreyanın Pyanqçanq şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanmış rusiyalı Aleksandr Kruşelnitskinin anti-dopinq qaydalarını pozduğunu təsdiqləyib.

ÇıxışYolu.Com xəbər verir ki, CAS-ın qərarına əsasən, idmançının dopinq-testi müsbət nəticə verib.

Onun orqanizmindən qadağan olunmuş meldonium maddəsi aşkarlanıb. Kruşelnitskinin özü də faktı etiraf edib. Cütlükdən bürünc medal alınacaq.

Medalların yenidən bölüşdürülməsi məsələsinə Beynəlxalq Olimpiya Komitəsi və Ümumdünya Körlinq Federasiyası baxacaq. Bu qərardan sonra Rusiyanın aktivindəki medalların sayı 13-ə (4 gümüş, 9 bürünc) enib.  

Qeyd edək ki, Aleksandr Kruşelnitski olimpiadada həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar. 

S.T.
www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 179 1. 180 1. 181