Ötən il ölkədə baş verən inflyasiyanın səbəbləri bəlli oldu

Ötən il ölkədə baş verən inflyasiyanın səbəbləri bəlli oldu

2017-ci ildə orta aylıq inflyasiya 0.6% təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə (0.6% bəndi) aşağıdır. 

ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində ən yüksək inflyasiya yanvar ayında müşahibə olunub – 2.3%. 

İyun ayında nəinki inflyasiya olmayıb, 1%-lik deflyasiya qeydə alınıb. İstehlak səbətində qiyməti artan və azalan məhsul və xidmətlərin sayındakı fərqin dəyişim dinamikasını göstərən diffuziya indeksi də ilin əvvəli ilə müqayisədə ilin sonunda azalıb. 

Ümumilikdə, ilin sonuna 520 adda mal və xidmətdən 116-nın qiyməti azalıb, 115-nin qiyməti isə dəyişməz qalıb. Aparılan təhlillər göstərir ki, 2017-ci ildə inflyasiya başlıca olaraq qeyri-monetar amillərdən irəli gəlib. 

İl ərzində inflyasiyanın xarici faktorlarında yüksək volatillik müşahidə olunub, inzibati qiymətlər dəyişimi və inflyasiya gözləntiləri inflyasiyaya təsir göstərib. Valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin müəyyən qədər möhkəmlənməsi şəraitində ticarət tərəfdaşı olan ölkələrdə gedən inflyasiya prosesləri, habelə ayrı-ayrı əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasyanın mühüm amilləri olub. 

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2017-ci ildə 12.1% təşkil edib. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Qara qızılın qiyməti ucuzlaşıb

Qara qızılın qiyməti ucuzlaşıb

Fevralın 22-də dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

ÇıxışYolu.Com bu barədə hərracların son nəticələrinə istinadən məlumat verir.

ICE London qitələrarası birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin bir barelinin dəyəri 0,53 dollar və ya 0,81% ucuzlaşaraq 64,89 dollara satılıb.

WTI neftinin qiyməti isə bir barelə görə 0,66 dollar və ya 1,07% ucuzlaşaq 61,02 dollar təşkil edib.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda yeni virus təhlükəsi

Azərbaycanda yeni virus təhlükəsi

Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova deyib.

S.Əhmədovanın sözlərinə görə, xəstə insanların ölkəmizə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində yoxlama tədbirləri həyata keçirilir, müvafiq təşkilatlara şübhəli xəstələrin dərhal təcrid olunması barədə məlumat verilib, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib.

S.Əhmədova qeyd edib ki, ümumilikdə hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Ölkədə kəskin respirator virus infeksiylarına yoluxma qeydə alınsa da, bu halların sayı ötən illə müqayisədə təqribən 10 faiz azalıb.

İndiyədək Taun Əleyhinə Stansiyada aparılan müayinələr zamanı da qrip virusları aşkarlanmayıb:

“Hələlik ölkəmizdə Rusiyadan və digər ölkələrdən gətirilmə qrip aşkarlanmayıb. Ancaq yaxşı olar ki, insanlar mövsüm ərzində xəstəliklərin yayıldığı ərazilərə səfər edərkən ehtiyatlı davransınlar. Özlərində şübhəli əlamətlər gördükdə vaxtında müvafiq tibb müəssisələrinə müraciət etsinlər”.

Qeyd edək ki, Rusiyanın Kuzbas bölgəsində 26 orta məktəb, Ural bölgəsinin Ozersk şəhərində isə bütün məktəblər bağlanılıb. Uşaq bağçalarında isə valideynlərə öz uşaqlarını mümkün qədər bağçaya gətirməməsi tapşırılıb.

Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev də bildirmişdi ki, kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 821 3. 822 3. 823