İsmayıllıda 11-ci sinif şagirdi itkin düşüb

İsmayıllıda 11-ci sinif şagirdi itkin düşüb

Baxış sayı: 3. 181 dəfə baxılıb.

İsmayıllı rayonunda yeniyetmə oğlan evdən çıxaraq geri qayıtmayıb. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ÇıxışYolu.Com-a verilən məlumata görə, 2000-ci il təvəllüdlü Nağıyev Bilal Elçin oğlu martın 27-si səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən oxuduğu məktəbə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb. 

Valideynləri günorta saatlarında evə gəlmədiyinə görə onun axtarışına başlayıblar. Bir sutka ərzində övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Bilal Nağıyev itkin kimi qeydiyyata alınıb, onun axtarışına başlanılıb. Məlumata görə, Bilal Nağıyev evdən məktəbə getsə də, çantasını, kitablarını, şəxsiyyət vəsiqəsini özü ilə aparmayıb.

Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşludur, sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkcə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsi, eləcə də, 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

www.ÇıxışYolu.Com