Rusiyalılar kimə səs verəcək? - SORĞU

Rusiyalılar kimə səs verəcək? – SORĞU

Rusiyalıların 63%-dən çoxu martın 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcəkləri təqdirdə, Vladimir Putinə səs verəcəklərini bildirib.

ÇıxışYolu.Com  “RİA Novosti” –yə istinadən xəbər verir ki, “İctimai fikir”fondunun keçirdiyi sorğunun nəticələri bunu əks etdirir.  

“İctimai fikir” fondu – Rusiyada sosioloji araşdırmalarla ilə məşğul olan qeyri-hökumət təşkilatıdır.

Sorğuda əsas sual “prezident seçkilərində iştirak etsəz, hansı namizədə səs verəcəksiniz?” sualı olub.

Respondentlərin 63,5 faizi hazırki Rusiya prezidenti Vladimir Putinə, 7,3 faizi Liberal Demokratlar partiyasının lideri Vladimir Jirinovskiyə, 6,2 faizi isə Rusiya Kommunist partiyasının nümayəndəsi Pavel Qrudininə səs verəcəklərini bildirib.

Anoloji sayda respondentlər (6,2%) seçkilərdə ümumiyyətlə iştirak etməyəcəklərini bildirib. Sorğuda iştirak edənlərin 13,3 faizi isə ümumiyyətlə suala cavab verməkdə çətinlik çəkib.

Rusiyanın “Vətəndaş təşəbbüsü” partiyasından olan  qalmaqallı namizəd Kseniya Sobçakı isə respondentlərin yalnız 1,1 faizi dəstəkləyib.

www.ÇıxışYolu.Com

Ətraflı
Dünyanın ən qədim döymələri aşkarlandı - FOTO

Dünyanın ən qədim döymələri aşkarlandı – FOTO

Tədqiqatçılar Misirdən olan 2 mumyanın üzərində dünyanın ən qədim döymələrini aşkarlayıb.  Mumyalanmış şəxslərin 5 min il bundan əvvəl yaşadığı bildirilir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Eramızdan əvvəl yaşamış kişi mumyasının qolunun yuxarı hissəsində vəhşi öküz və yallı qoyun, qadın mumyasında isə S-vari  naxışlar təsvir olunub.  Kompüter tomoqrafiyası ilə aparılan müayinə birincinin 18-21 yaşlarında olduğunu və arxadan vurulan bıçaq zərbəsindən öldüyünü ortaya çıxarıb.  Həmin mumya 100 il əvvəl tapılsa da, bədənində olan tatu nədənsə tədqiqatçıların gözündən yayınıb.

Bu tapıntı, döymə sənətinin Afrikada minillər əvvəl yayıldığını sübuta yetirir.  Həmin döymələr barədə təfsilatlı məlumatlar “Journal of Archaeological Science” jurnalında dərc olunub.

www.ÇıxışYolu.Com

Ətraflı
Qeyts: Kriptovalyutalar can alır

Qeyts: Kriptovalyutalar can alır

Kriptovalyutalar, sözün əsl mənasında, insan ölümünə səbəb olur.

ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, kriptovalyutaların ziyanları barədə “Microsoft” şirkətinin təsisçisi Bil Qeyts danışıb.

“Reddit” saytında “Ask Me Anything (İstədiyin sualı ver) sessiyasında internet istifadəçilərinin suallarını cavablandıran Qeyts bitkoinlə bağlı tənqidi fikirlər səsləndirib.

Qeytsin sözlərinə görə, bitkoin kimi kriptovalyutalarda rəqəmsal anonimlik hesabına onunla aparılan sövdələşmələr çox vaxt terrorçuların maliyyələşdirilməsi, narkotik vasitələrin alveri və çirkli pulların yuyulması ilə bağlı olur.

Amerikalı milyarder bildirib ki, hökumətlər bu kimi sxemləri ifşa etmək imkanına malik olmalıdır.

“Hal-hazırda kriptovalyutalardan fentanil və digər narkotik vasitələri almaq üçün istifadə edirlər, beləcə, bu texnologiya bilavasitə insan ölümünə səbəb olur”, – deyə Qeyts bildirib.

www.ÇıxışYolu.Com

Ətraflı
Sarkisyan Ermənistan-Türkiyə protokollarını ləğv etdi

Sarkisyan Ermənistan-Türkiyə protokollarını ləğv etdi

Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Türkiyə protokollarının denonsasiyası barədə məlumat verib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Erkir Media telekanalına Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib.

“Ermənistan prezidentinin iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının iclası zamanı Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarının ləğvi barədə bəyan verdi”, – Akopyan deyib.

Xatırladaq ki, Ermənistan və Türkiyə XİN başçıları 2009-cu ilin oktyabrın 10-da “Diplomatik Əlaqələrin Qurulması Protokolu” və “İkitərəfli münasibətlərin inkişafı Protokolu”nu imzalayıblar.

www.ÇıxışYolu.Com

Ətraflı
Türk ordusu Afrinə girdi

Türk ordusu Afrinə girdi

Türkiyə Silahlı Qüvvələri həftə sonu şəhər şəraitində ilk böyük əməliyyatlarına başlayacaqlar.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumatı “Habertürk” yayıb.

Türk ordusunun “Zeytun budağı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusu ilə birlikdə Afrin ətrafında 420 kv. km-dan artıq ərazini nəzarətə götürdüyü bildirilir.

Hərbçilər iki strateji yaşayış məntəqəsi – Raco və Cinderesə yaxınlaşıblar.

Həftəsonu məhz bu iki şəhərdə nizami ordu birləşmələri, ordu xüsusi təyinatlıları, Türkiyə polis xüsusi təyinatlıları və jandarm qüvvələrinin iştirakı ilə böyük təmizləmə əməliyyatı başlayacaq.

Komandalığın hesablamalarına görə, Raco və Cinderesdə əməliyyat bir həftə davam edəcək.

Telekanalın məlumatına görə, şəhərlərin əhalisinin 80%-i artıq ərazini tərk edib. Buna görə qarşıdakı döyüşlərin hərbçiləri yubatmayacağı gözlənilir.

Bu yaşayış məntəqələri əməliyyatın başlıca məqsədi – Afrinin mühasirəsi və təmizlənməsi üçün mühüm əhəmiyyət kəsb edir.

www.ÇıxışYolu.Com

Ətraflı
Neymar fanatlarına acı xəbər

Neymar fanatlarına acı xəbər

Fransanın “Pari Sen-Jermen” klubunun Braziliyalı forvardı Neymar bir neçə gündən sonra Braziliyada əməliyyat olunacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Braziliyalı futbol ulduzu topuğundan xəsarət aldığından, 6-8 həftə müddətinə meydanlara çıxa bilməyəcək. 

Neymar eyni zamanda Çempionlar Liqasının 1/8 final mərhələsində, Real Madrid klubuna qarşı matçda komandasına yardım edə bilməyəcək.

Qeyd edək ki, “sambaçı” bazar günü Fransa çempionatı çərçivəsində “Marselə” qarşı keçirilən matçda xəsarət almışdı.

www.ÇıxışYolu.Com

Ətraflı
Fransada 30 il "stajlı" seksual manyak tutuldu

Fransada 30 il "stajlı" seksual manyak tutuldu

Fransada 1988-ci ildən bəri, 30 il ərzində silsilə cinayətlər törətmiş seksual manyak həbs olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “L’Express” məlumat yayıb.

Fevralın 26-da tutulan cinayətkar ölkənin şimalında yerləşən Pon-sür-Sambre kommunasında yaşayıb. Valansyen şəhər prokuroru mətbuat konfransında onun törətdiyi əməlləri müstəntiqlərə etiraf etdiyini bildirib.

Seksual manyak Fransa və Belçikada 40 yaxın qadını zorlayıb və ya cinsi istismar edib. Öz hərəkətlərini o, özündən asılı olmayan impulsla əlaqələndirib.

Prokurorluğun məlumatına görə, hücumu manyak hər zaman eyni ssenari əsasında həyata keçirib, törətdiyi əməllərin coğrafiyası isə elə də böyük olmayıb. Qadınlara hər dəfə arxadan hücum edib. Hücumları səhər tezdən və ya gecənin qaranlığında həyata keçirməyə üstünlük verib. Cinayətkar hər zaman üzünü gizlədib və əksər hallarda iz qoymamaq üçün əlində əlcək olub.

Kimliyi açıqlanmayan seksual manyakın 50-dən çox yaşı var. Onun 3 uşaq atası olduğu bildirilir. Qəzetin məlumatına əsasən, o əvvəllər yerli futbol klubunun futbolçusu, məşqçisi və prezidenti olub. Qohumları ondan heç vaxt şübhələnmədiklərini bildirib. Tanışları onu yaxşı ata və ər, qayğıkeş insan kimi qələmə verir.

www.ÇıxışYolu.Com

Ətraflı
Jurnalist öldü, nazir istefa verdi

Jurnalist öldü, nazir istefa verdi

Slovakiyanın mədəniyyət naziri Marek Madyariç jurnalist Yan Kutsyakın ölkədə böyük əks səda doğurmuş qətlindən sonra istefa verib.

ÇıxışYolu.Com-ın  “Euronews”-a istinadən verdiyi xəbərə görə, nazir vəzifədən getmək qərarını canlı yayım zamanı elan edib.

“İstefa vermək mənim müstəqil qərarımdır. Jurnalistin öldürülməsindən sonra, mən daha KİV-dəki vəziyyətə nəzarət edən mədəniyyət naziri vəzifəsində qala bilmərəm” –deyə Madyariç bildirib.

Qeyd edək ki, qətlə yetirilmiş jurnalist Slovakiyalı siyasətçilərin İtaliyanın “Ndranqeta” mafiyası ilə əlaqələrini araşdırırdı. Kutsyakın ölümündən əvvəl əldə etdiyi məlumata görə, Avropa birliyinin ölkədə ekoloji kənd təsərrüfatının inkişafı üçün ayırdığı vəsaitin bir hissəsi mafiyanın “cibinə” gedib.

Jurnalist eyni zamanda vergi maxinasiyaları haqqında material üzərində işləyib. Onun qətlindən bir gün sonra Koşitse şəhərinin vergi müfəttişliyi binasında müəmmalı şəkildə yanğın baş verib.

27 yaşlı Yan Kutsyak və onun rəfiqəsi Martin Kuşnirovanın meyitləri bazar günü Velka-Make əyalətindəki evlərində aşkarlanıb. Polisin müstəntiqlərinə görə, əsas versiya “sifarişli qətldir”. İstintaq çərçivəsində artıq ölkədə 20-dən çox insan dindirilib, jurnalistin Çexiya və İtaliyadakı həmkarları və dostları ilə əlaqə yaradılıb.

Hökumət cinayətin üstünü açmağa kömək olacaq hər hansı məlumat üçün 1 milyon avro mükafat vəd edib.

www.ÇıxışYolu.Com

Ətraflı
İti anakondadan belə xilas etdilər - VİDEO

İti anakondadan belə xilas etdilər – VİDEO

Braziliyada itin anakondadan xilas edilməsi lentə alınıb. Anakonda itə sarılaraq şikarını udmaq üçün çaya doğru aparmağa çalışıb.

ÇıxışYolu.Com  “RİA Novosti”yə istinadən xəbər verir ki, kadrlarda, iki kişinin sürünəni sahilə doğru dartıb çıxardığını görmək olur. Buna baxmayaraq, iri ilan iti buraxmaq istəmir.

İti tamamilə ilandan ayırmaq üçün, kişilərdən biri taxta dəyənəklə ona sərt zərbələr endirir. Sonda xilas olan itin ciddi xəsarət almadığı görünür, belə ki, o, dərhal ayağa qalxaraq ərazidən qaçır.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanlı məktəbli faciəvi şəkildə öldü - YENİLƏNİB

Azərbaycanlı məktəbli faciəvi şəkildə öldü – YENİLƏNİB

Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşmüş məktəblilərdən 3-ün azərbaycanlı olduğu məlum olub.

ÇıxışYolu.Com-ın “APA”-istinadən verdiyi xəbərə görə, uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və sabah evə buraxılacağı gözlənilir.

Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.

Qeyd edək ki, bu gün günorta saatlarında Tbilisidə Barataşvili küçəsində yerləşən binaların birindən düşən fasad şüşəsi 6 uşağa xəsarət yetirib.

Uşaqlardan biri 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi açılıb, ekspertiza müəyyən olunub.

21:50

Tbilisinin mərkəzində Barataşvili küçəsində hündür mərtəbəli binanın fasadından qopan şüşə panel yoldan keçənlərin üzərinə aşıb.

ÇıxışYolu.Com xəbər verir ki, hadisə nəticəsində yerli məktəblərdən birində oxuyan 12-14 yaşlarında 6 yeniyetmə xəsarət alıb. Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yeniyetmələrdən biri – 14 yaşlı azərbaycanlı Aslan Məmmədov, aldığı xəsarətdən dünyasını dəyişib.

“Əməliyyat aparmaq təəssüflər olsun ki, mümkün olmadı.Belə ki, zərərçəkənin ürəyi dayandı. Onu bir neçə dəfə həyata qaytarmaq mümkün olsa da, pasiyent sonradan travmatik şokdan dünyasını dəyişib” deyə xəstəxananın reanimotoloqu Qerqi Xarçilava bildirib.

Gürcüstan DİN insidentlə bağlı cinayət işi açıb.

Gürcüstan baş naziri Qeorqi Kvirikaşvili Barataşvili küçəsində baş verən insidentdə ölən uşağın ailəsinə başsağlığı verib.

“Bu çətin dəqiqələrdə, Barataşvili küçəsində baş verən faciədə 14 yaşlı Aslan Məmmədovun ölümü  ilə əlaqədar onun valideynlərinə, ailəsinə, həmyaşıdlarına və pedaqoqlarına dərin üzün hissi ilə başsağlığı verirəm. Baş verən hadisə məni çox sarsıtdı, bu acını ifadə etmək üçün söz tapa bilmirəm” deyə baş nazirin bəyanatında deyilir.

www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 334 1. 335 1. 336 1. 337 1. 338 1. 342