Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor Nyu Yorkda Mütləq döyüş çempionatının (UFC) “Barklays” mərkəzində keçirilən tədbirinə gəlib və aləmi bir-birinə qatıb.
ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, hiddətlənmiş Makqreqor UFC döyüşçülərini daşıyan avtobusa hücum çəkib.
Videonun görüntüsü “YouTube” portalında yayılıb.
Videoda çılğın irlandiyalı idmançının dəmir çəpərdən yapışaraq, onu avtobusa çırpmağa çalışdığını görmək olur.
Jurnalist Ariyel Helvaninin “Twitter”də paylaşdığı məlumata görə, Makqreqorun hücum etdiyi avtobusda rusiyalı döyüşçü Həbib Nurməhəmmədov olub və insident onun arenadan çıxdığı və avtobusa yollandığı əsnada baş verib.
Makreqorun ipə-sapa yatmayan hərəkətlərindən Amerikalı idmançı Maykl Kyoza xəsarət alıb. Bundan başqa Makqreqor və yaxın silahdaşı onun olduğu avtobusun şüşələrini qırıb.
İrlandiyalı idmançının bu hərəkətinə görə, onun barəsində həbs qətimkan tədbirin seçildiyi bildirilir. Nyu York polisi hələ ki, bu məlumatı təsdiqləməyib.
Conor McGregor and his team attacking a bus and injuring people on it, you can hear “get a medic” and “is my face cut that bad” #ufc pic.twitter.com/ccoZbaSHLM
— JonnyGonzalezz (@JqnnyGonzalezz) 5 April 2018