Çempionlar Liqasının 1/4 finalının matçları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Turinin “Alyans” stadionunda ev sahibi “Yuventus” klubu İspaniyanın “Real Madrid” komandası ilə üz-üzə gəlib.
Artıq oyunun 3-cü dəqiqəsində Kriştiano Ronaldo topu uzaq doqquzluğa göndərərək hesabı açıb. Portuqaliyalı hücumçu Çempionlar Liqasında sərasər 10-cu matçdır ki, fərqlənir.
Qarşılaşmanın 64-cü dəqiqəsində Ronaldo bu dəfə akrobatik zərbə ilə Buffonu məyus edib.
72-ci dəqiqədə isə Marselo fərqi üç topa çatdırıb.
İspaniyanın “Estadio Ramon Sançez” stadionunda isə “Sevilya” komandası Almaniya çempionu “Bavariya”nı qəbul edib. Oyunun 31-ci dəqiqəsində Sarabiya “Sevilya”nı irəli çıxarıb.
Altı dəqiqə sonra Navas topu öz qapısına vuraraq, oyunda tarazlığı bərpa edib. 68-ci dəqiqə “Bavariya”nın yarımmüdafiəçisi Tiaqo Alkantara qonaqları hesabda önə çıxarıb. Matç Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.