İbrahimoviç FİFA-nın cavabını verdi

İbrahimoviç FİFA-nın cavabını verdi

Baxış sayı: 3. 644 dəfə baxılıb.

 “Los Angeles Galaxy” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç FİFA-nın onun 2018-ci il dünya çempionatında iştirakına qadağa qoymaq planına münasibət bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, onun açıqlaması “Expressen”nəşrində dərc olunub.

“FİFA heç cür mənə mane ola bilməz. Haradasa olmaq istəsəm, orda mütləq olacağam.  Bu milli yığmaya da aiddir: yığmada oynamaq istəsəm, belə də edəcəm. Bunun FİFA-ya heç bir aidiyyəti yoxdur, bu mənim şəxsi işimdir” deyə isveçli forvard bildirib.

Xatırladaq ki, martın 3-də  İbrahimoviçin DÇ-2018-i buraxa biləcəyi ilə bağlı xəbərlər yayılıb. Buna səbəb onun bu yaxınlarda bukmeyker şirkətinə sahib olmasıdır.

FİFA-nın intizam məcəlləsinə görə, futbolçunun mərc oyunları ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olması qadağan edilir.

.
www.ÇıxışYolu.Com