Puçdemon Rusiyaya qaçmağı planlaşdırıb

Puçdemon Rusiyaya qaçmağı planlaşdırıb

Baxış sayı: 2. 843 dəfə baxılıb.

Kataloniyanın keçmiş lideri Karles Puçdemon İspaniya hökumətinin təqiblərindən qurtulmaq üçün Rusiyaya qaçmağı götür-qoy edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.

Puçdemon Finlandiyada olarkən dilemma ilə üzləşib. Finlandiya hüquq mühafizə orqanlarına İspaniya hökumətindən onun həbsi ilə bağlı order daxil olub.

Puçdemon iki seçim qarşısında qalıb; ya Sankt-Peterburqa ya da Stokholma getməyi götür-qoy edib.

Ancaq sonda qaçaq siyasətçi fin sürücü ilə avtomobilldə 1700 məsafəni qət edib İsveçə yollanmağa üstünlük verib.

Bərə ilə səfər zamanı Stokholmda pasportlar yoxlanıldığından,  İsveçə məhz bu nəqliyyat vasitəsi ilə səfər etmək qərarına gəlib.

İsveçə çatdıqdan sonra o, Danimarka və Almaniyanın ərazisindən, daha əvvəl pənah apardığı Belçikaya qayıtmağı planlaşdırırdı.  Ancaq martın 25-də Danimarka Almaniya sərhədində saxlanılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniya məhkəməsi Puçdemonu girov müqabilində şərti azadlığa buraxıb.İspaniyada dövlətə qarşı qiyamda təqsirləndirilən Puçdemonun Madrida ekstradisiya olunacağı istisna edilmir.

.
www.ÇıxışYolu.Com