İlon Mask “Tesla”nı müflis elan etdi

İlon Mask “Tesla”nı müflis elan etdi

Baxış sayı: 2. 707 dəfə baxılıb.

Milyarder İlon Mask “Tesla” maşınqayırma şirkətinin müflis olduğunu elan edib. 

ÇıxışYolu.Com xəbər verir ki, o, bu barədə öz “Twitter” hesabında yazıb.

“Tesla” tamamilə müflis olub. İflasın hansı səviyyədə olduğunu təsəvvür edə bilməzsiniz”, – deyə o qeyd edib.  

Növbəti “twit”ində o, “İlon huşsuz vəziyyətdə “Teslakillı” şüşələri ilə “Tesla Model 3”-də tapılıb. Yanaqlarında qurumuş gözyaşları vardı”, – deyə bildirib. Hətta bu səhnəni əks etdirən foto da paylaşıb. 

Bu “twit”lərlə izləyiciləri ilə bir aprel zarafatı edən milyarder həm də “Tesla Motors”un 123 min “Model S” avtomobilinin 30 martda geri çağırılmasına cavab verib. 

www.ÇıxışYolu.Com