Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA sıralaması bəlli olub.
ÇıxışYolu.Com xəbər verir ki, Çempionlar Liqasının dörd, Avropa Liqasının səkkiz görüşü cədvəldə bəzi dəyişikliklərə səbəb olub.
Bu siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son beş mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabağ” üç pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.
Pireney yarımadasının üç komandası – “Selta”, “Real Sosyedad” və “Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür.
Qeyd edək ki, digər komandalarımızın mövqeləri dəyişməz qalıb.
İlk “onluq”
1. “Real” (İspaniya) – 153,000
2. “Atletiko” (İspaniya) – 128,000
3-4. “Barselona” (İspaniya) – 127,000
“Bayern” (Almaniya) – 127,000
5. “Yuventus” (İtaliya) – 124,000
6-7. PSJ (Fransa) – 109,000
“Sevilya” (İspaniya) – 109,000
8. “Mançester Siti” (İngiltərə) – 100,000
9. “Borusiya” (Dortmund, Almaniya) – 88,000
10. “Portu” (Portuqaliya) – 86,000
“Qarabağ” və qonşuları
66. “Lester” (İngiltərə) – 22,000
67. “Astana” (Qazaxıstan) – 21,750
68-69. “Feyenoord” (Hollandiya) – 21,500
“Rapid” (Vyana, Avstriya) – 21,500
70-72. “Selta” (İspaniya) – 20,542
“Real Sosyedad” (İspaniya) – 20,542
“Betis” (İspaniya) – 20,542
73-75. “Qarabağ” (Azərbaycan) – 20,500
“Yanq Boyz” (İsveçrə) – 20,500
BATE (Belarus) – 20,500
76. “Trabzonspor” (Türkiyə)– 18,000
77. “Dinamo” (Xorvatiya) – 17,500
78-80. “Partizan” (Serbiya) – 17,000
“Everton” (İngiltərə) – 17,000
“Slovan” (Çexiya) – 17,000
Digər Azərbaycan klubları
191. “Qəbələ” – 5,250
244-256. “Neftçi” – 3,825
“Keşlə” – 3,825
“Zirə” – 3,825
“Kəpəz” – 3,825
“Xəzər Lənkəran” – 3,825
S.T.
www.ÇıxışYolu.Com