“Kurtlar Vadisi”nin “Çakır”ından azərbaycanlı müğənniyə dəstək – FOTO

“Kurtlar Vadisi”nin “Çakır”ından azərbaycanlı müğənniyə dəstək – FOTO

Baxış sayı: 3. 804 dəfə baxılıb.

“Kurtlar Vadisi” serialındakı “Çakır” obrazı ilə ölkəmizdə tanınmağa başlayan türkiyəli aktyor Oktay Kaynarca Instagram hesabındakı paylaşımı ilə azərbaycanlı fanatlarını sevindirib.

ÇıxışYolu.Com xəbər verir ki, sənətçi şəxsi səhifəsində azərbaycanlı “Youtube” fenomeni Nigar Muharremin videosunu paylaşıb.

Belə ki, videoda Əməkdar artist Röya Ayxanın reperturarından “Həsrət nəğməsi” mahnısını oxuyan ifaçıya Kaynarca “Gəlib toxunmaması, dəyməməsi mümkün deyil. Yaşasın sənət” şərhini yazıb.

Onun bu paylaşımına azərbaycanlı fanatları yüzlərlə rəy yazaraq təşəkkür ediblər.

Qeyd edək ki, sözügedən ifanın “Youtube”da izlənmə sayı 15 milyonu keçib.

.

www.ÇıxışYolu.Com