Ukraynada qumarxanada partlayış

Ukraynada qumarxanada partlayış

Baxış sayı: 3. 092 dəfə baxılıb.

Ukraynada yerləşən nəhəng qumarxanalardan birində partlayış baş verib.

ÇıxışYolu.Com Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Polisinin saytında məlumat verilir:

“İlkin ehtimala görə, naməlum şəxs oyun zallarından birinə partlayıcı maddə yerləşdirib. Partlayış zamanı otaqlardan birində 4 nəfər olub. Onlar xəsarət almayıblar”.

Hesab olunur ki, partlayıcı maddə RQD-5 qumbarasıdır.

Hadisə ilə bağlı polis “Xuliqanlıq” maddəsi üzrə cinayət işi açıb.

www.ÇıxışYolu.Com