Məktəblərdə “cinsi bərabərlik” dərsləri keçiriləcək?

Məktəblərdə “cinsi bərabərlik” dərsləri keçiriləcək?

Baxış sayı: 2. 772 dəfə baxılıb.

İslam dinində homoseksuallıq və digər qeyri-ənənəvi oriyentasiyalar birmənalı olaraq haram sayılır. Digər tərəfdən istənilən sağlam düşüncəli insana bu haqda sual versən, uşağın başını belə tərbiyəsiz fikirlərlə doldurmağın düzgün olmadığını söyləyər.  

Bunları ÇıxışYolu.Com-a verdiyi açıqlamada Qahirə dövlət universitetinin dosenti, ilahiyyat elmləri doktoru, azərbaycanlı ilahiyyatçı Rəhman Abdullayev bildirib.

O, məktəblərdə cinsi bərabərliklə bağlı dərslərin keçirilməsinin mümkünlüyü barədə yayılan söz-söhbətləri şərh edib.

“Qərbdə bu istiqamətdə  əsl “uşaq ovu” gedir: müəllimlər şagirdlərin beynini müxtəlif fikirlərlə doldurur, bərabər cinslilər arasında sevginin normal bir hal olduğunu inandırmağa çalışırlar.

Fransada uşaq yaşlarından  oğlanların qadın paltarı geyinməsində heç bir problemin olmadığını öyrədirlər. Məktəb və bağça direktorları xüsusi olaraq bunun üçün cinsi azlıqların nümayəndələrini dərslərə dəvət edirlər, uşaqları bu istiqamətdə “maarifləndirirlər”, deyirlər ki, baxın, belə ailə də ola bilər: ana ilə ana, ata ilə ata, və ya iki ata üstəgəl iki ana və s. Yeni təhsil proqramı “Bərabərlik əlifbası” adlanır.

Bu yaxınlarda Azərbaycan sosial şəbəkələrində “All diferent, all equal” kampaniyasının təşviqatına başlanılıb.  Xüsusilə, yayılan söhbətlərə görə, Azərbaycan məktəblərində  LGBT mövzusunda treninqlər təşkil olunacaq.”

Azərbaycanlı ilahiyyatçının dediyinə görə, elə müsəlman ölkələri var ki, orada homoseksuallığa görə adamı edam edirlər.

“Biz də müsəlman ölkəsi sayılırıq. Biz belə təxribatçı kampaniyaları yaxına belə buraxmamalıyıq. Əksinə Azərbaycanlı uşaqları bunun bir xəstəlik olduğu barədə maarifləndirməliyik, onunla mübarizə aparılmasını aşılamalıyıq.

Bu sualı vermək yerinə düşər: Məktəblərdə  niyə də, İslam dini ilə bağlı kurslar və treninqlər keçirilməsin?” deyə Abdullayev bildirib.

 ÇıxışYolu.Com-ın sorğusuna cavabında Təhsil Nazirliyinin rəsmisi Azərbaycanda “cinsi bərabərliklə” bağlı dərslərin nəzərdən keçirilmədiyini açıqlayıb.

“Məktəb və digər təhsil müəssisələrində anoloji xarakterli mövzularda təbliğatın aparılması yolverilməzdir” deyə nazirlikdən bildiriblər.

Əli Məmmədov
www.ÇıxışYolu.Com