Pakistanda anbar çökdü: 12 ölü

Pakistanda anbar çökdü: 12 ölü

Baxış sayı: 2. 732 dəfə baxılıb.

Pakistanın Sukkur şəhərində anbarın damının uçması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər yaralanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.

Telekanalın məlumatına əsasən, bədbəxt hadisə qaz partlayışı nəticəsində baş verib. İlkin araşdırmaya görə, qaz sızması anbarda qanunsuz yolla quraşdırılmış quruducu kamerada kimyəvi maddədən istifadə zamanı meydana gəlib.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

“Anbarın sahibi və inzibatçısı hadisə yerindən qaçıb, ancaq onlar yaxın zamanda saxlanılacaq” deyə polis rəsmisi bildirib.

.
www.ÇıxışYolu.Com