Moskvada “İŞİD”ə qarşı reydlər: 60 nəfər saxlanılıb

Moskvada “İŞİD”ə qarşı reydlər: 60 nəfər saxlanılıb

Baxış sayı: 3. 993 dəfə baxılıb.

Rusiyanın paytaxtı Moskva və şəhərkənarı rayonlarında “İŞİD” qruplaşması tərəfdarlarını  döyüşmək məqsədilə Suriya və İraqa göndərən mütəşəkkil dəstə ifşa olunub.

ÇıxışYolu.Com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimai əlaqələr mərkəzi məlumat yayıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, sözü gedən radikal dəstə eyni zamanda Mərkəzi Asiya ölkələrindən olan qanunsuz miqrantlar üçün saxta sənədlər hazırlamaqla məşğul olub.

FTX və DİN əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyatın gedişatında saxta sənədlərin hazırlanması üzrə 3 laboratoriya aşkarlanıb.  

Sözü gedən obyektlərdə  dövlət sərhədindən keçməni “təsdiq edən” saxta ştamplar, möhürlər, miqrasiya kartlarının blankları, xarici dövlətlərə aid pasportların orijinalları və surətləri müsadirə olunub.

Güc strukturları reydlər zamanı 60 xarici vətəndaşı şübhəli qismində saxlayıb. Onların terrorçu qruplaşmaların emissarları ilə əlaqələri təsdiqini tapıb.

Əməliyyat-axtarış tədbirlərini davam etdirildiyi bildirilir.

.
www.ÇıxışYolu.Com