Polis kapitanı federasiya prezidenti seçildi - FOTO

Polis kapitanı federasiya prezidenti seçildi – FOTO

Baxış sayı: 2. 087 dəfə baxılıb.

Azərbaycan Kunq-Fu Federasiyasının seçki-hesabat konfransı keçirilib. 

ÇıxışYolu.Com-a verilən məlumata görə, səsvermədə üstünlük qazanaraq prezident seçilən Nurlan Aslanovu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov konfrans iştirakçılarına təqdim edib.

Qeyd edək ki, Nurlan Aslanov 2000-2001-ci ildən kunq-fu idman növü ilə məşğuldur. Avropa çempionatının gümüş mükafatçısı və dünya çempionudur. Ölkə prezidenti tərəfindən fəxri fərmanla təltif olunub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır.

Polis kapitanı federasiya prezidenti seçildi - FOTO

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com