Rusiyada İŞİD terrorçusu özünü partladıb - VİDEO

Rusiyada İŞİD terrorçusu özünü partladıb – VİDEO

Baxış sayı: 2. 519 dəfə baxılıb.

Rusiyanın Rostov vilayətində terror aktı planlaşdıran İŞİD terror qruplaşmasının üzvü saxlanılan zaman özünü partladıb.

ÇıxışYolu.Com-ın “RİA Novosti”yə istinadən məlumatına görə, qruplaşmanın üzvləri ölkənin cənubunda silahlı hücum hazırlayıblar.

Xüsusi əməliyyat zamanı qruplaşmanın lideri zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və kustar üsulla hazırlanmış bombanı işə salıb. Partlayış nəticəsində ekstremist ölüb.

Bundan əlavə, əməliyyat zamanı qruplaşmanın üç üzvü həbs edilib. Hadisə yerində AK-74 avtomatı və əl qumbaraları aşkarlanıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.ÇıxışYolu.Com