Putin Amerikalı generalları mükafatlandırıb

Putin Amerikalı generalları mükafatlandırıb

Baxış sayı: 2. 593 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putin iki amerikalı astronavt – general mayor Çarlz Bolden və general-leytenant Tom Staffordun Dostluq ordeni ilə təltif olunması haqqında fərman imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru”məlumat yayıb.

Mükafatın ABŞ və Rusiya arasında kosmonavtika sahəsində əməkdaşlığın inkişafına verdikləri  böyük töhfələrə görə, adı çəkilən kosmonavtlara layiq görüldüyü bildirilir.  

87 yaşlı Tom Stafford Aya uçmuş 24 nəfərdən biridir. O “Apollon-10” missiyasının rəhbəri olub.

71 yaşlı Çarlz Bolden isə “Diskaveri” STS-31 şatlının pilotu olub və orbitə “Habbl” kosmik teleskopunu çıxarıb.  O, eyni zamanda bir sıra tədqiqat missiyalarında iştirak edib.

.
www.ÇıxışYolu.Com