Ronaldodan Buffona möhtəşəm qol – VIDEO

Ronaldodan Buffona möhtəşəm qol – VIDEO

Baxış sayı: 3. 478 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, ilk oyun günündə İtaliyanın “Yuventus” klubu İspaniyanın “Real” komandasını qəbul edir.

Qarşılaşmanın 64-cü dəqiqəsində madridlilərin portuqaliyalı hücumçusu Kriştiano Ronaldo akrobatik zərbə ilə Buffonu məyus edib.

Kyellinin səhvindən sonra Canluici Buffon komandasını bir dəfə qoldan xilas edib, lakin hücumun sonunda Karvahalın ötürməsində sonra Ronaldo möhtəşəm zərbə ilə fərqi iki topa çatdırıb.

Qeyd edək ki, hazırda qarşılaşma davam edir. Kral klubu 3:0 hesabı ilə öndədir.

Oyunda ilk qolu da Kriştiano Ronaldo vurub. Portuqaliyalı 3-cü dəqiqədə hesabı açıb. 72-ci dəqiqədə isə Marselo fərqi üç topa çatdırıb.