Rusiya “Qorqona”nı sınaqdan keçirdi – VİDEO

Rusiya “Qorqona”nı sınaqdan keçirdi – VİDEO

Baxış sayı: 2. 205 dəfə baxılıb.

Aprelin 2-də Rusiya ordusu  modernizasiya olunmuş “RRS-1M Amur” (NATO təsnifatına görə “ABM-3 Gorgon”) raket hücumundan müdafiə sistemin uğurlu sınağını həyata keçirib.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, Qazaxıstanın Sarı-Şaqan poliqonunda sınağı keçirilmiş “Amur” kompleksi  Moskvanın hava-kosmik hücumlardan qorunması üçün nəzərdə tutulub.

Kompleks eyni zamanda raket hücumundan xəbərdar edir və kosmik məkana nəzarət etməyə imkan verir.

“Bu istehsalatı faktiki olaraq yenidən qurulmuş, müasirləşdirilmiş raket əleyhinə vasitənin ilk sınağı deyil. Hazırda Moskvanın “A-135 RHM sistemlərini əvəz etməsi üçün nəzərdə tutulub” deyə “Natsionalnaya oborona” jurnalının redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, ilk sınaq fevralın ortalarında həyata keçirilib.

.
www.ÇıxışYolu.Com