Rusiyada hərbi robotlar sınaqdan keçirildi – VİDEO

Rusiyada hərbi robotlar sınaqdan keçirildi – VİDEO

Baxış sayı: 2. 894 dəfə baxılıb.

Rusiyada “Kalaşnikov” konserni yeni “Soratnik” və “Naxlebnik” döyüş robotlarını sınaqdan keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. 

Mütəxəsislər bundan başqa “Vityaz” pulemyot-tapançasını, “Qruppa 99” aid hərbi paltar və ləvazimatları, “Rosomaxa” baqqisini, xüsusi təyinatlı dəstələrə aid motosikletləri, “PPDU” döyüş modulunu demonstrativ təlim tapşırıqlarında sınaqdan keçirib.

Sınaqların videoçarxı hərbi konsernin “YouTube” kanalına yerləşdirilib.

Videoçarxda piyada qüvvələrinin şərti düşmən və ya terrorçuya aid evə reyd zamanı robotlardan arxadan dəstək məqsədilə istifadə etdiyini görmək olur.

Sınaqlar şaxtalı hava şəraitində Moskvanın şəhərkənarı poliqonlarından birində keçirilib.

.
www.ÇıxışYolu.Com