Rusiyada “Telegram” bağlandı

Rusiyada “Telegram” bağlandı

Baxış sayı: 3. 159 dəfə baxılıb.

Moskvanın Taqansk məhkəməsi Federal Təhlükəsizlik Xidmətinə istifadəçilərin ismarıclarını oxumağa imkan verən şifrələmə açarlarını təqdim etmədiyi üçün Rusiyada “Telegram” mesencerini bağlayıb.

ÇıxışYolu.Com-ın “Mediazona”ya istinadən məlumatına görə, mesencerə giriş FTX-yə müvafiq açarlar verilənə qədər bağlı olacaq.

Tətbiqin ixtiraçısı Pavel Durovun göstərişi ilə “Telegram” nümayəndələri məhkəmədə iştirak etməyiblər. 

www.ÇıxışYolu.Com