Sərxan Həşimov Azərbaycanı ABŞ-da təmsil edəcək

Sərxan Həşimov Azərbaycanı ABŞ-da təmsil edəcək

Baxış sayı: 2. 431 dəfə baxılıb.

Microsoft MDB İdarə Heyətinin üzvü, Azərbaycan, Türkmənistan və Tacikistan üzrə Baş Direktor Sərxan Həşimov ölkəmizi ABŞ-da təmsil edəcək.

“Microsoft Azerbaijan” şirkətindən ÇıxışYolu.Com-a bildirilib ki, şirkətin baş icraçı direktoru S.Həşimov bu ilin aprel və may aylarında ABŞ-da “Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində innovasiyalar və proqram təminatının yazılması” mövzusunda liderlik proqramında Azərbaycan üzrə nümayəndə qismində çıxış edəcək.

O, ABŞ-ın Vaşinqton və digər şəhərlərində Rumsfeld Fondu ve Jon Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutu tərəfindən təşkil olunacaq proqramda “İnnovasiyalar” və “Bölgədə beynəlxalq bazara hazır ola biləcək yerli startapların yaradılması” mövzusunda ekspert kimi fikir mübadiləsi aparacaq.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 15 ildən artıq təcrübəyə malik İnnovasiyalar eksperti Sərxan Həşimov “HP”, “Oracle” və “SAP” kimi beynəlxalq şirkətlərdə çalışıb. O, 2016-cı ildən “Microsoft Azərbaycan” şirkətinin baş direktoru vəzifəsində çalışır və bir müddət əvvəl “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.

www.ÇıxışYolu.Com