Belqradda sakinlərin şikayətindən sonra dünyanın ilk kosmonavtı Yuri Qaqarinin büstü sökülüb.
ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki, abidə aprelin 8-də qurulub, rəsmi açılış mərasimi isə aprelin 12-nə (Kosmonavtika günü) təyin olunmuşdu.
Sakinləri narazı salan abidənin xarici görünüşüdür. Nəhəng postamentlə müqayisədə kosmonavtın başının çox kiçik ölçüdə olması sosial şəbəkələrdə məsxərə obyektinə çevrilib.
Büst o qədər qeyri-proporsionaldır ki, onun yaxınlığında duranlar belə kosmonavtın başını görə bilmir.
Tənqid atəşindən sonra heykəlin sifarişçisi “Bratya Kariç” fondu, büstün sökülməsi və qısa zamanda uyğun ölçülü heykəllə əvəzlənməsinə göstəriş verib.