Serbiyada Qaqarinin gülüş doğuran büstü söküldü – VİDEO

Serbiyada Qaqarinin gülüş doğuran büstü söküldü – VİDEO

Baxış sayı: 2. 188 dəfə baxılıb.

Belqradda  sakinlərin şikayətindən sonra dünyanın ilk kosmonavtı Yuri Qaqarinin büstü sökülüb.

ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki, abidə aprelin 8-də qurulub, rəsmi açılış mərasimi isə aprelin 12-nə (Kosmonavtika günü) təyin olunmuşdu.

Sakinləri narazı salan abidənin xarici görünüşüdür. Nəhəng postamentlə müqayisədə kosmonavtın başının çox kiçik ölçüdə olması sosial şəbəkələrdə məsxərə obyektinə çevrilib.

Büst o qədər qeyri-proporsionaldır ki, onun yaxınlığında duranlar belə kosmonavtın başını görə bilmir.

Tənqid atəşindən sonra heykəlin sifarişçisi “Bratya Kariç” fondu, büstün sökülməsi və qısa zamanda uyğun ölçülü heykəllə əvəzlənməsinə göstəriş verib.

.
www.ÇıxışYolu.Com