Slovakiyada jurnalist öldürüldü

Slovakiyada jurnalist öldürüldü

Baxış sayı: 2. 958 dəfə baxılıb.

Slovakiyada Ringier Axel Springer adlı alman-isveçrə nəşriyyat evinin “törəmələrindən” birinin əməkdaşı Yan Kutsiyak öldürülüb, ÇıxışYolu.Com xəbər verir.
Kutisyak və onun rəfiqəsinin amansız hücuma məruz qaldığı bildirilir.

Cinayətin təfərrüatları sonadək aydınlaşdırılmasa da, “onun həmkarımızın məşğul olduğu araşdırma ilə bağlı olduğu barədə şübhələr yaranır”, – deyə, Axel Springer nəşriyyatından DW-yə bildiriblər.

Kutsiyak araşdırma jurnalistikası ilə məşğul olub və 2015-ci ildən Ringier Axel Springer-in Slovakiya bölməsinə məxsus olan AKtuality.sk xəbər portalında çalışıb.

O, fevralın 9-da dərc olunmuş sonuncu materialında bahalı mənzillər kompleksi ilə bağlı vergi maxinasiyalarından yazıb.

Slovakiyanın Dennik N informasiya portalının məlumatına görə, 27 yaşlı jurnalist ötən həftənin sonunda, Bratislavadan 65 km şərqdə yerləşən evində güllələnib.

А.B.
www.ÇıxışYolu.Com