İsrailin səhər saatlarında Suriyanın Homs vilayətindəki hava bazasına endirdiyi raket zərbələri nəticəsində üç iranlı həlak olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “FARS” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ölənlərdən ikisi Təbriz, biri Əhvaz şəhərindən olub.
Xatırladaq ki, bazar ertəsi İsrail hərbi hava qüvvələri sübh çağında Suriyanın Tifor aviabazasına zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər iki “F-15” qırıcısından buraxılıb. Raketlərdən üçü hədəfinə çatıb, qalanları havada zərərsizləşdirilib.
Hücum zamanı rusiyalı hərbi müşavirlər arasında ölən və ya yaralıların olmadığı bildirilir.
11:48
Suriyanın Humus şəhərində “Tiyas” Hərbi Hava Bazasını İsrail ordusunun iki F-15 qırıcısı bombalayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hədəfə üç raket çatıb, digər beş raket isə vurulub.
Hücum zamanı 14 nəfər ölüb. Ölənlər arasında iranlıların da olduğu bildirilir.
09:03
Suriyanın Humus şəhərində rejimə aid “Tiyas” Hərbi Hava Bazasına hücum olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.
Məlumata görə, əvvəlcə baza yaxınlığından şiddətli partlayış səsləri gəlib. Sonradan bəlli olub ki, aviabazaya raket hücumu gerçəkləşdirilib.
Suriya təhlükəsizlik güclərinin də hücuma qarşılıq verdiyi deyilir.
Hücumu ABŞ-ın həyata keçirdiyi xəbərləri yayılsa da, sonradan təkzib olunub.