Türkiyə Silahlı Qüvvələri Suriyanın PKK yaraqlılarına qarşı əməliyyatın keçirildiyi Afrin regionunda sərhədə tam nəzarəti ələ alıblar.
ÇıxışYolu.Com Anadolu agentliyinə istinadən xəbər verir ki, türk hərbçiləri və Suriya hökumətinə müxalif “Suriya azadlıq ordusu” Karmanluk, Yuxarı Sinara və Aşağı Sinara kəndlərini terrorçulardan təmizləyiblər və beləliklə, sərhədə nəzarəti ələ keçiriblər.
Ümumilikdə türk ordusunun Suriyada 87 kəndi və 115 strateji yüksəkliyi nəzarətə götürdüyü bildirilir.
Habertürk isə bunun “Zeytun budağı” əməliyyatının ilk mərhələsi olduğunu yazır.