Yakuboviç Bakıya heyrandır – VİDEO

Yakuboviç Bakıya heyrandır – VİDEO

Baxış sayı: 2. 572 dəfə baxılıb.

“Pole Çudes” verilişinin aparıcısı Leonid Yakuboviç “Moskva-Bakı”nın müxbirinə Azərbaycan səfəri haqqında danışıb.

ÇıxışYolu.Com xəbər verir ki, aparıcı Bakını SSRİ vaxtından xatırlayıb və şəhər haqqında öz təəssüratlarını bölüşüb.

“Məndə güclü təəssüratlar qalıb… Bax, bunu deyə bilərəm! Mən Bakıya bir neçə dəfə gəlmişəm. İlk təsir edən Şəhidlər xiyabanı memorial parkıdır.

Mən təsəvvür edə bilməzdim ki, hər hansı bir postsovet məkanında buna bənzər bir şey var. Bu qəbristanlıq deyil, müasir parkdır və orada analar öz uşaqları ilə gəzirlər.

Mən öz tarixinə və bu ölkə üçün çox şey edən insanlara hörmət bəsləyirəm. Bu, qəbirin yanında dayanıb bu və ya digər insan haqqında danışmaqdan yüz dəfə güclüdür.

Bakıya keçən yay gəlmişdim və məni dəniz kənarı heyrətə gətirdi. Bakılılara, onların evlərinə, evlərinin hər bir detalından gələn gözəlliklərə necə də qibtə edirəm. Şəhərlilərə uşaq vaxtlarından Bakının ən gözəl şəhər olduğunu aşılayırlar. Bu isti şəhərdən və gözəl insanlara qarşı məndə çox xoş hisslər yarandı.

İndi “Pole Çudes”də bir neçə milli veriliş hazırlamaq ideyası var. Buraya Azərbaycan, Qazaxıstan, Litva və digərləri ilə verilişlər də daxildir.

www.ÇıxışYolu.Com