Yoxsul Tanzaniyadan qızıl çıxardılar

Yoxsul Tanzaniyadan qızıl çıxardılar

Baxış sayı: 3. 308 dəfə baxılıb.

Keniyanın beynəlxalq aeroportunda Tanzaniyadan Birləşmiş Ərəb Əmirliyinə 32 kiloqram qızıl aparmağa çalışan kişi saxlanılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Kenyas Standard Media” saytında məlumat yayılıb.

Portalın yaydığı informasiyaya görə, 100 milyon şillinq (təxminən 1 milyon dollar) olan qızıl sikkələri keçirməyə çalışan 46 yaşlı tanzaniyalı fevralın 16-da sərhədçilər tərəfindən saxlanılıb.

Onun kəşfiyyat məlumatının daxil olmasından sonra saxlanıldığı bildirilir. İddiaya görə, onun üzərində qızıl külçələr üçün faktura olub.

Araşdırma aparılana qədər qızıl külçələrin Keniya Sərhəd Xidmətinin nəzarətində qalacağı bildirilir.

Tanzaniya dünyanın ən yoxsul ölkələrindən sayılır. Zəngin təbii resurslarının olmasına baxmayaraq, iqtisadiyyat yalnız kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşıb. Əhalisinin 1/3 hissəsi günə bir dollardan az maaş alır, vətəndaşlarının 20 faizi ərzaq yoxsulluğundan aşağı səviyyədə yaşayır.

www.ÇıxışYolu.Com